Mitinqlər xalqın prosseslərə reaksiyasıdır...

01.06.2015 19:12     Siyasi reaksiya     1447

Bu sözləri Müsavat Partiyası Divanının keçmiş üzvü, başqanlığa sabiq namizəd Tural Abbaslı mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şuranın Bakıda keçirdiyi mitinqi dəyərləndirərkən deyib. Tural Abbaslı bildirib ki, tək 30 may mitinqi yox, istənilən mitinq müsbət qarşılanmalıdır: “Mitinqlər xalqın prosseslərə reaksiyasıdır və demokratik cəmiyyətin atributudur. Ancaq mitinqin keçirilməsi zamanı siyasi vəziyyəti nəzərə alaraq zamanına uyğun problem ətrafında keçirilməlidir. Yəni mitinqin məqsədi və hədəfləri açıq xalqa elan olunmalı və ümumi maraqlara hesablanmalıdır. Odur ki, son mitinqi də demokratiyanın atributu və xalqın hüqüqundan istifadəsi kimi müsbət dəyərləndirirəm. İstənilən mitinqin xalqın mübarizə ruhunun qorunmasına faydalı olduğunu düşünürəm. Mitinqin siyasi dividentinin nə dərəcədə olub olmadığını isə onun təşkil edən siyasi qüvvə müəyyənləşdirsə yaxşı olar”.

Şərhlər

Çox oxunanlar