Prezident Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir

01.04.2016 21:00     Siyasi reaksiya     1161

Nüvə Təhlükəsizliyi Sammitinin ilk plenar iclası başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir.

ANS PRESS-in məlumatına görə, sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub.

Tədbirdə terrorizm təhlükəsi, KXDR-nin nüvə problemi və digər məsələlər müzakirə olunacaq.

Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin liderləri iştirak edirlər.

 
 
Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir
 
 
 
 
 
 

İlham Əliyev Vaşinqtona səfəri martın 30-dan başlayıb. Azərbaycan prezidenti burada bir sıra mühüm görüşlər keçirib. Prezident Vaşinqtonda ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, vitse prezident Co Bayden ilə görüşüb.

Həmçinin oxuyun:

Dövlət başçısı bütün görüşlərində Daqğlıq Qarabağ məsələsini qaldırıb. Dövlət katibi Con Kerri və vitse prezident Co Bayden bəyan edib ki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Prezident İlham Əliyev və ABŞ dövlət katibi Con Kerri görüşüb

Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti martın 31-də başlayıb və bu gün başa çatmalıdır.

 

Şərhlər

Çox oxunanlar