ANS-in xüsusi müxbiri cəbhədən xəbər verir - VİDEO

02.04.2016 20:15     Siyasi reaksiya     1277

Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbələr vurub.

18:51 / Cəbhədən ən son xəbərlər

Cəbhədə vəziyyətin gərginləşməsi xəbəri yayılan kimi ANS-in xüsusi çəkiliş qrupu bölgəyə ezam olunub.

ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev cəbhədi ən son məlumatları verib.

O bildirib ki, cəbhədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbələr vurub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

 

Şərhlər

Çox oxunanlar