Şəhid olan cəbrayıllı hərbçi sabah dəfn ediləcək

03.04.2016 00:39     Siyasi reaksiya     1129

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusundan biri Cəbrayıl rayonu Veysəlli kəndindən məcburi köçkün Ruhin Qəhrəmanovdur.

Şəhidin valideynləri Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində məskunlaşıblar. 

Modern.az-ın məlumatına görə, R.Qəhrəmanov cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müddətdən artıq xidmət keçən hərbi qulluqçu idi.

Şəhidin cənazəsi bu axşam ailəsinə verilib, o, sabah Biləsuvardakı məcburi köçkün qəbiristanlığında sabah dəfn olunacaq.  
 

Şərhlər

Çox oxunanlar