Prezident yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb

03.04.2016 00:41     Siyasi reaksiya     1107

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb.

Reaksiya.info-nın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iclasın işi haqqında əlavə məlumat veriləcək.

Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Şərhlər

Çox oxunanlar