Cəbhə bölgəsində son vəziyyət

03.04.2016 02:15     Siyasi reaksiya     5813

Müdafiə Nazirliyi belə açıqlama verib.

“Cəbhə bölgəsində sakitçilik hökm sürür və insanların ümumi əhval-ruhiyyəsi yüksəkdir.” ANS PRESS-in məlumatına görə, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev məlumat verir. Bildirilir ki, sabitlik bərpa olunub, yerli sakinlərdə və hətta güllə yarası almış mülki əhalidə pozitivlik müşahidə olunur.

“Cəbhə bölgəsində sakitçilikdir. Şəhər öz sakit həyatını yaşayır. Sabitlikdir. Hətta atışma səsi, partlayış səsi gəlmir. Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb. Burda şayiələrin də xarakteri fərqlidir. 1991 – 92-ci illərdəki şayiələrdə belə idi ki, adamlar bir-birlərinə danışırdılar ki, filan kənd boşaldıldı, filan rayon boşaldıldı. Amma indiki şayiələridə çox böyük bir pozitivlik var. Adamlar arasında gəzən söz-söhbətə görə artıq müxtəli rayonlar bizdədir, müxtəlif yüksəkliklər bizdədir. Hətta bəzən söhbəti ona qədər gətirib çıxarırlar ki, Füzulinin yağ-pendir zavoduna qədər gedib çıxmışıq. Bu isə ondan xəbər verir ki, yerli əhali pozitiv köklənib, insanlar çox pozitiv köklənib. Əhval-ruhiyyə də çox yüksəkdir.” – deyə Mir Şahin Ağayev cəbhə bölgəsindən bildirir.  

22:07 / Cəbhədə vəziyyət stabildir

Cəbhədə vəziyyət stabildir. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

“Ötən gecə və gündüzlə müqayisədə hazırda cəbhə bölgəsində vəziyyət stabildir”.

21:54 / Daha iki mülki şəxs yaralandı

ANS-in cəbhə xəttində olan əməkdaşı Mirşahin Ağayev ən son vəziyyəti çatdırıb. O qeyd edib ki, yaralı iki mülk şəxs baba və nəvəsi evə buraxılıb. Onun sözlərinə görə, əhali arasında ruh düşkünlüyü müşahidə edilmir.  Hər çox ruh yüksəkliyi var. 

O, ermənilərin gülləboranı nəticəsində minik maşını sürücünün yaralandığını deyib. Sürücünün xəsarətləri yüngül olsa da, qohumunun üzərində əməliyyat başlayıb. 

 

21:10 / Ağır döyüşlər davam edir

Bu dəqiqələrdə də cəbhə xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hal-hazırda Ağdam, Füzuli və Tərtər rayonlarında təmas xəttində döyüşlər davam etdirilir.

18:51 / Cəbhədən ən son xəbərlər

Cəbhədə vəziyyətin gərginləşməsi xəbəri yayılan kimi ANS-in xüsusi çəkiliş qrupu bölgəyə ezam olunub.

ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev cəbhədi ən son məlumatları verib.

O bildirib ki, cəbhədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbələr vurub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

ANS-in xüsusi müxbirləri cəbhədən xəbər verir

18:30 / Xəstəxanalarda yer qalmayıb

Xəbər verdiyimiz kimi aprelin 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu möqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə amansız cavab verib.

Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Ermənistan kütləvi informasiya vasitələri də erməni tərəfinin itkilərinin çox olduğunu təsdiq edir. Belə ki, məlumatlara əsasən Xankəndi xəstəxanaları artıq yaralılarla dolduğundan, onlari İrəvan xəstəxanalarına aparırlar.

Yayılan məlumatlara əsasən bu gün gün ərzində Dağlıq Qarabağdan helikoprterlərlə çoxlu sayda yaralı İrəvanın Erebuni tibb mərkəzinə çatdırılıb.

Ermənilət yaralıları helikopterlərlə daşıyır

 

Şərhlər

Çox oxunanlar