Şəhidlərimiz dəfn edilməyə başladı

03.04.2016 15:00     Siyasi reaksiya     1192

Vida mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri iştirak edir.

Azərbaycan ordusunun şəhid əsgəri Qazaxda torpağa tapşırılıb. ANS PRESS-in məlumatına görə, aprelin 2-nə keçən gecə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Orxan Əliyev hərbçilər tərəfindən Qazax rayonunun Aslanbəyli kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimində kəndin demək olar ki bütün sakinləri, hərbi birləşmənin rəhbər şəxsləri, əsgər yoldaşları və rayon icra hakimiyyətinin nümayəndləri iştirak edib. Şəhidin ruhuna dualar oxunub. Şəhidin cənazə namazı qılındıqdan sonra o, son mənzilə yola salınıb. Azərbaycanın dövlət himni və yaylım atəşinin müşayəti ilə şəhid doğuldugu kənddə dəfn edilib.

Hərbi xidməti müddətində manqa komandiri vəzifəsinədək yüksələn Orxan Əliyevin yaxınları onun həmişə cəsurluğu ilə seçildiyini bildiriblər.

20 yaşlı Orxan Əliyev öncəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. O , cəmi 9 ay imişki xidmət edirmiş. Atışmanın başladığı gündən bir gün əvvəl isə o , Mingəçevirdə təlimlərə qatılıb.

 
 
 
 
 
 

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu isə bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, şəhid Samir Kaçayevin nəşi Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. O, bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı.

Şəhid Rəvan Nurayev
Şəhid Rəvan Nurayev

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan  Nurayev də dəfn olunub.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Şərhlər

Çox oxunanlar