Yeni silahlar Qarabağa yerləşdirilir

07.07.2015 18:01     Siyasi reaksiya     1863

Bir müddət əvvəl Rusiya tərəfinin yeni növ silahların alınması üçün Ermənistana 200 milyon dollar məbləğində kredit ayırıb. Rəsmi Bakı buna qarşı çıxaraq təkid edir ki, bu silahlar Dağlıq Qarabağ ərazisində yerləşdirilə bilməz.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan Ermənistanın qonşu Rusiyadan alınan silahların münaqişə zonasında, qondarma Dağlıq Qarabağ Respublikasında yerləşdirəcəyindən ehtiyat edir.


Hikmət Hacıyev

Hikmət Hacıyev deyib ki, işğal edilmiş ərazilərdə silahların yerləşdirilməsi qeyri-qanunidir və beynəlxalq hüququn pozulmasıdır. Bu, aparılan sülh danışıqlarına ciddi ziyan vura bilər: "Biz o mövqedə qətiyyətlə dururuq ki, bu silahlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərində yerləşdirilə bilməz."

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən davam edir. 1992-1994-cü illərdə Ermənistanın işğalçı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ və ona bitişik 7 rayon təcavüzə məruz qaldı. Həmin dövrdən münaqişənin nizama salınması ilə Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxil olan ATƏT-in Minsk qrupu qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri isə Rusiya, ABŞ və Fransadır.


Minsk qrupunun həmsədrləri solda Pyer Andryö (Fransa), ortada İqor Popov (Rusiya), sağda Ceyms Uorlik (ABŞ) 

Bir sözlə, Rusiya bölgədə siyasi fəallığını artırmağa qərar verib. Ermənistandakı son vəziyyət Kremlin fəallaşmasına əsas yaradıb və prezident Vladimir Putin İrəvanı əldən verməmək üçün ermənilərə hər cür güzəştə gedir. Qərbin isə öz hədəfi var, Cənubi Qafqazda Rusiyanın başını qarışdırmaq üçün işə Ermənistandan başlayıb. Bu prosesin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.

Şərhlər

Çox oxunanlar