Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir
03.04.2016 19:07 Siyasi reaksiya 938
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsi atəşə tutulub. Atılan mərmilərdən biri məcburi köçkün Cümşüd Qasımovun yaşadığı evin həyətyanı sahəsinə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Şərhlər