QAT üzvləri cəbhə bölgəsində olublar

03.04.2016 20:59     Siyasi reaksiya     1106

QAT sədri Akif  Nağı idarə heyətinin üzvləri Nəsib Cəfərov, Şayiq Süleymanov, Tahir Bayramov, Ağsu şöbəsinin sədri Elşən Məmmədli, Şəki şöbəsinin sədri Elxan Rəhimov və digər QAT-çılar cəbhə bölgəsində olublar. Onlar Goranboy rayonunun Gülüstan, Talış kəndləri istiqamətində, Tərtər rayonunun Qaradağlı və Qapanlı kəndlərində, Ağdamın cəbhə boyu ərazilərində yerli sakinlərlə və hərbçilərlə görüşüblər, vəziyyətlə maraqlanıblar. Söhbət etdikləri hər kəs böyük ruh yüksəkliyinin olduğunu, ordumuzun qələbəsinə əmin olduqlarını bildiriblər. 
 
QAT üzvləri həmçinin Tərtər şəhərində şəhid gizir Nicat İsgəndərovun, Ağdamda isə şəhid əsgər Salman Mehrəliyevin yas mərasimində iştirak ediblər, şəhidlərin yaxınlarına başsağlığı veriblər.
 
QAT üzvləri hələ də cəbhə bölgəsindədir, görüşlərini davam etdirirlər. 
 
 



Şərhlər

Çox oxunanlar