Ağdam icra başçısı: Bir saat qabaq qarşı tərəf yenə təxribatlarını davam etdirərək mövqelərimizi atəşə tutub
04.04.2016 00:31 Siyasi reaksiya 1057
“Bir saat qabaq qarşı tərəf yenə təxribatlarını davam etdirərək ağır arteryalardan mövqelərimizi atəşə tutub”.
Bunu Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.
Hazırda nisbi sakitlik olduğunu deyən icra başçısı əlavə edib ki,dünən gecə baş verən atışma nəticəsində Ağdam iki ev, bir məktəb dağılıb: “Rayonun Sarıcalı kəndində düşən mərmi orta məkrətbin bi r tərəfini dağıdı. Həmin kənddə mərmi bir evi də dağıdıb. Başqa bir ev isə rayonun Hacuturalı kəndində dağılıb. Xəsarət alan yoxdur”.
Trend
Şərhlər