"Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Müdafiə naziri
04.04.2016 11:36 Siyasi reaksiya 978
Aprelin 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.
Bu barədə Report.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.
General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.
Şərhlər