`Ermənistan yenə mülkü şəxsləri atəşə tutur` - XİN
04.04.2016 12:18 Siyasi reaksiya 929
Azərbaycan Xarici İşlər Nazirliyi cəbhədəki vəziyyətlə bağlı növbəti bəyanat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bəyənatda bildirilib ki, 3 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xoş niyyət və sülhpərvər məramlardan çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərarının əksinə olaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca, xüsusilə Tərtər və Ağdərə istiqamətində artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutur, həmlə və təxribat əməllərini davam edir: “Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür”.
Şərhlər