Cəbhədə vəziyyət gərgindir - VİDEO

04.04.2016 13:41     Siyasi reaksiya     1242

ANS-in cəbhəyə ezam olunmuş müxbiri Ramil İbrahimov son vəziyyətlə bağlı məlumat verib. 


Reaksiya.info-nun məlumatına görə, jurnalist cəbhədə gərginliyin davam etdiyini deyib:

“Ötən gün gecə saatlarında cəbhədə atəş səsləri susmadı. Bu gün də silah səsləri eşidilir. Düşmən Tərtərin Qapanlı, Qaraağacı, Yuxarı Qaradağlı kəndlərini atəşə tutub. Fövqəladə Hallar Nazirliyindən yeni ziyanlarla bağlı xəbər hələ daxil olmayıb.
 
Tərtərin Azadqaraqoyunlu kəndinə 3 mərmi düşüb. Onlardan biri dinc əhalinin evinə düşüb, dağıntı olub. Digəri isə açıq əkin sahəsinə düşüb. Bu saatlarda da ara-sıra atışma səsləri eşidilir”.

Şərhlər

Çox oxunanlar