Azərbaycan-Türkiyə-İran - 3 tərəfli görüşün yeri və vaxtı müəyyənləşdi

04.04.2016 14:52     Siyasi reaksiya     1192

Azərbaycan-Türkiyə-İran arasında baş tutacaq 3 tərəfli zirvə görüşünün yeri və vaxtı müəyyənləşib.

 Atv.az-a istinadən bildirir ki, Türkiyə tərəfinin yaydığı məlumata görə, görüş sabah İranda baş tutacaq.

Ramsar şəhərində bir araya gələcək tərəflərin əsas müzakirə mövzusu isə regionda təhlükəsizlik və sülhün möhkəmləndirilməsi məsələsi olacaq. Tədbirə hər üç ölkənin Xarici İşlər nazirləri qatılacaq. Türkiyə mətbuatı toplantının əhəmiyyətinə geniş yer ayırıb və qeyd edib ki, qonşu ölkələr arasında artıq ənənə halını alan görüşlər istər Ankara, istər Bakı, istərsə də Tehrana çox şey qazandıra bilər. Tərəflərin son günlər Dağlıq Qarabağda yaranan gərginliyi də müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, zirvə görüşü mütəmadi olaraq keçirilir. Buna qədər Urmiya, Naxçıvan və Van bu tədbirə ev sahibliyi edib.

Şərhlər

Çox oxunanlar