Ramiz Novruzun iki qohumu şəhid oldu

04.04.2016 15:50     Siyasi reaksiya     1076

Cəbhə xəttində gedən döyüşlərdə Xalq artisti Ramiz Novruzun əmisi nəvəsi Novruzov Fərahim Nadir oğlu və Musazadə Təbriz Tariyel oğlu şəhid olublar.

Bu haqda Teleqraf.com-a Xalq artistinin özü məlumat verib: "İki qohumum şəhid olub. Hazırda Biləsuvar rayon mərkəzindən kəndə gedirəm. Şəhidlərimiz kənddə vətən uğrunda canını verən şəhidlərimizin məzarının yanında dəfn ediləcəklər. Vətən sağ olsun!"

Şərhlər

Çox oxunanlar