Əli Əhmədov: "Əgər Minsk qrupu indiyə qədər ədalətli mövqe tutsaydı..."

04.04.2016 16:08     Siyasi reaksiya     944

Bu münaqişənin indiyə qədər nizamlanmaması, vəziyyətin bu həddə gəlib çatmasının çox mühüm səbəblərindən biri ATƏT-in Minsk qrupunun öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsi olub.

Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov bildirib ki, bu yaxınlarda Azərbaycan Prezidenti təkcə öz mövqeyini yox, həm də xalqın mövqeyini qəti şəkildə ifadə etdi.

Onun sözlərinə görə, əgər Minsk qrupu indiyə qədər ədalətli mövqe tutsaydı, işğalçı ilə işğala məruz qalanın hər ikisini tərəzinin eyni gözünə qoymağa çalışmasaydı, ədalətli "resept" təklif etsəydi, yəqin ki, indiyə qədər münaqişə aradan qalxardı.

"Və indi də Cənubi Qafqazda gərginliyə gətirib çıxaran bu qarşıdurma olmazdı. 

Azərbaycan hökuməti bundan özü üçün vacib nəticələr çıxaracaq və bundan sonra həyata keçirəcəyi siyasətində təbii ki, bütün bunlar nəzərə alınacaq” - deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

Şərhlər

Çox oxunanlar