Müdafiə Nazirliyi: Cavab zərbələri çox sərt olacaq
05.04.2016 01:32 Siyasi reaksiya 877
Erməni tərəfi bu dəqiqələrdə Dağlıq Qarabağda qoşunların təmas xəttində yaşayış məntəqələrini aktiv şəkildə atəşə tutur.
Bunu Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, qeyd edib ki, Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir: "Cavab zərbələri çox sərt olacaq".
Şərhlər