Müdafiə Nazirliyinin Feysbuk səhifəsi açıldı
05.04.2016 13:38 Siyasi reaksiya 1094
Aprelin 5-dən feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Teleqraf.com nazirliyin saytına istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.
Şərhlər