XİN rəhbəri: “Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdır”
05.04.2016 16:19 Siyasi reaksiya 937
“Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış zamanı deyib.
XİN rəhbəri cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməlləri haqqında məlumat verib.
Ermənistanın məqsədinin status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarət olduğunu deyən Məmmədyarov əlavə edib ki, yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həlli mümkündür.
XİN rəhbəri Ermənistanın hər bir vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.
(Gün.Az)
Şərhlər