Mübariz Qurbanlı: Ermənilər yalan informasiyalar yayırlar

05.04.2016 17:54     Siyasi reaksiya     860

"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində gərginlik yaranıb. Bu təxribatların qarşısının alınması məqsədilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində ordumuz əhəmiyyətli irəliləyiş əldə edib".

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı komitənin yanvar-mart aylarının yekunlarına həsr olunmuş müşavirədə çıxışı zaman deyib.

M.Qurbanlı bildirib ki, hazırda davam edən müharibə şəraitində Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranmış şəraitə uyğun qurmalıdırlar.

O deyib ki, bölgə şöbə müdirləri və əməkdaşları, eyni zamanda dini icma üzvləri əhali ilə sıx təmasda olmalı, şəhidlərimizin dəfn mərasimində iştirak etməlidirlər.

Komitə sədri ermənilərin Azərbaycan əleyhinə güclü təbliğat apardıqlarını, yalan informasiyalar yaydıqlarını vurğulayıb: "Bu məlumatlar bölgələrdə bizim əleyhimizə istifadə oluna bilər. Ona görə də belə məsələlərə yüksək həssaslıqla yanaşmaq lazımdır".

Tədbirin əvvəlində təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şərhlər

Çox oxunanlar