Vyanada ATƏT Daimi Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı xüsusi iclası başlayıb

05.04.2016 18:48     Siyasi reaksiya     1107

Vyanda ATƏT Daimi Şurasının xüsusi iclası başlayıb.

APA-nın məlumatına görə, Dağlıq Qarabağda vəziyyətin pisləşməsinə həsr olunan iclasda ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin hesabatı dinləniləcək. Toplantıda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk Qrupunun geniş formatda yığıncağı keçirilib. Həmsədrlərdən İqor Popov və Pyer Andryunun Daimi Şuranın iclasını gözləmədən regiona yollandığı, Ceyms Uorlikin isə daha sonra onlara qatılacağı bildirilir. 

Şərhlər

Çox oxunanlar