İranlı deputat: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır”
07.04.2016 10:50 Siyasi reaksiya 1003
Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən təcavüzə məruz qalıb.
Bu sözləri İran İslam Respublikasının İslam Şurası Məclisində (parlament) çıxış edən Təbriz, Osku və Azərşəhər şəhərlərinin deputatı Əlirza Munadi deyib.
O, deputat həmkarlarına və dövlət qurumlarına müraciət edərək Ermənistanın işğalçılıq siyasətini pisləməyə çağırıb.
(Azərtac.az)
Şərhlər