XİN rəhbərlərinin Bakı görüşü başladı

07.04.2016 11:16     Siyasi reaksiya     889

Azərbaycan, Rusiya və İran xarici işlər nazirinin Bakı görüşü başlayıb.

 AzVision.az TASS-a istinadən xəbər verir ki, hazırda nazirlər Elmar Məmmədyarov, Sergey Lavrov və Cavad Zərifin işgüzar səhər yeməyi formatında görüşü keçirilir.

Daha sonra rəsmi danışıqlar başlayacaq.

Danışıqlar zamanı Dağlıq Qarabağdakı mövcud gərgin vəziyyət və Xəzər dənizinin hüquqi statusu müzakirə olunacaq.

Şərhlər

Çox oxunanlar