ANAMA cəbhəyanı ərazilərdə çevik qruplar yaradıb

07.04.2016 22:09     Siyasi reaksiya     1242

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) bir neçə çevik qrup yaradılıb.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Qruplar Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra Hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirirlər.

Şərhlər

Çox oxunanlar