Dərbənddən milli ordumuza dəstək

07.04.2016 22:20     Siyasi reaksiya     1146

"Dərbənd azərbaycanlıları həmişə Azərbaycanın yanındadır".

Bu gün Rusiya Federasiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində azərbaycanlılar milli ordumuza dəstək aksiyası keçiriblər.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, mitinq Dərbənd şəhərinin azərbaycanlıların kompakt yaşadığı Muğal adlanan ərazidə Bayat qapısının girəcəyindəki meydançada keçirilib.

Məlumatı verən Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev bildirib ki, gənclərin azərbaycanlı ağsaqqalların, ictimaiyyət fəalların iştirak etdiyi mitinqdə son günlər öz güclülüyünü bir daha sübut edən Azərbaycan ordusuna geniş dəstək olunduğunu ifadə olunub.

O bildirib ki, Dərbənd azərbaycanlıları həmişə Azərbaycanın yanındadır və yanında olacaqlar da.

Çıxışlarda Rusiya prezidenti Vladimir Putindən xahiş olunub ki, Qarabağ münaqişəsinin həllində təcili olaraq öz köməkliyini etsin, Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasında öz obyektiv qərarını açıqlasın. Mitinq iki saatdan çox davam edib.

Şərhlər

Çox oxunanlar