Nazir yaralı əsgərləri ziyarət etdi

08.04.2016 00:21     Siyasi reaksiya     1194

O, vətən, torpaq uğrunda qəhrəmancasına vuruşan əsgərlərə şəfa diləyib.

Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən yaralanan əsgərlərə baş çəkib.

ANS PRESS-in məlumatına görə,yaralı əsgərlərin ziyarət edilməsi Migəçevir şəhərində vətəndaşlarla regional görüşü çərçivəsində baş tutub. Nazir vətən, torpaq uğrunda qəhrəmancasına vuruşan əsgərlərə şəfa diləyib. 

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib. Dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb.

İlham Əliyev yaralı əsgərlərə baş çəkir
İlham Əliyev yaralı əsgərlərə baş çəkir

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.

 

Şərhlər

Çox oxunanlar