Onu "İlin Hüquq Müdafiəçisi" seçdilər - VİDEO
08.04.2016 00:20 Siyasi reaksiya 1090
Mükafat aprelin 7-də Stokholmda, hüquq müdafiəçisinin ölkədən çıxma yasağının olması səbəbindən onun oğlu Nəcmin Kmailsoya təqdim olunub. Bu haqda bilgini N.Kamilsoy özünün facebook səhifəsində və Civil Rights Defenders təşkilatı öz saytında yayıb.
Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu.
Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü qüvvədə saxlamışdı. Sonradan Ali Məhkəmə Baş Prokurorluğun protesti əsasında hüquq müdafiəçisini şərti azadlığa buraxmışdı.
İntiqam Əliyev bütün ittihamları rədd edirdi. İnsan haqlarının müdafiəsi kimi gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirirdi.
“Amnesty International”» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi “vicdan məhbusu” sayırdı.
Şərhlər