Sarkisyandan Medvedevə şikayət: “Azərbaycan bizi Rusiyanın silahları ilə vururdu”

08.04.2016 12:21     Siyasi reaksiya     1209

Aprelin 7-də Ermənistana səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev bu ölkənin prezidenti Serj Sarkisyandan bir neçə şikayət dinləməli olub.
 
Gün.Az erməni mətbuatına istinadən xəbər verir ki, S.Sarkisyan Rusiyaya Azərbaycana silah satmasına görə şikayət edib.
 
“Ermənistanda Rusiyanın Azərbaycana silah satması böyük rezonans doğurdu. Döyüşlərdə Azərbaycan məhz həmin silahları bizə qarşı istifadə etdi. Erməni xalqı Rusiyanı  özünün yaxın müttəfiqi və dostu hesab edir. Bizim Minsk qrupu haqqında böyük illüziyamızı yoxdur. Daha bir hərbi cəhd genişmiqyaslı müharibəyə gətirə bilər”, - S.Sarkisyan deyib.  
 
Ermənistan prezidentinin ikinci şikayəti Avrasiya İqtisadi Birliyinin baş nazirlərinin İrəvanda nəzərdə tutulan iclasının Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə görə təxirə salınması barədə olub.
 
“Mən təəssüf edirəm ki, bizim bəzi tərəfdaşlar bu vəziyyətə görə İrəvana gəlməkdən imtina etdilər. Bilmirəm onlar bununla Azərbaycana nə dərəcədə kömək etdilər”, - Ermənistan prezidenti deyib.
 
Xatırladaq ki, aprelin 7-də İrəvanda nəzərdə tutulan Avrasiya İqtisadi Birliyinin iclası Qazaxstanın təklifi ilə təxirə salınıb.

Şərhlər

Çox oxunanlar