`Cəbhədəki vəziyyət bizi narahat edir` - Medvedev

08.04.2016 13:50     Siyasi reaksiya     953

“Rusiya üçün Azərbaycan və Ermənistan arasında münasibətlər eyni dərəcədə vacibdir”. 

 Reaksiya.info  AzVision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib. 


Medvedev qeyd edib ki, Moskva və Bakı arasında strateji əməkdaşlıq münasibətləri inkişaf edir, ölkələrimiz arasında iqtisadi, humanitar, siyasi məsələlər əhatə edən bir çox mühüm layihələr var.

“Təəssüflər olsun ki, hazırda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşib. Bu vəziyyətin bizi narahat etdiyini gizlətmirəm. Bizim üçün hər iki ölkə ilə münasibətlər olduqca əhəmiyyətlidir”. 

Rusiyanın baş naziri Dağlıq Qarabağ münaqişəsi zonasında davamlı sülhün bərqərar olacağına ümid edir. “Rusiya bundan sonra da münaqişənin nizamlanması üçün əlindən gələni edəcək”. 

Şərhlər

Çox oxunanlar