MDB XİNŞ-in iclasında Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırış oldu
08.04.2016 14:57 Siyasi reaksiya 974
MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə olunub.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu MDB XİNŞ-in iclasının yekunu mətbuat konfransında Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
O bildirib ki, hamı hərbi əməliyyatların dayandırılmasından məmnun qaldığını bildirib: "MDB XİN rəhbərləri ümid etdiklərini bildiriblər ki, tərəflər bu çətin münaqişənin yekun həlli məqsədilə danışıqlar masası arxasına qayıdacaq".
Şərhlər