Qarabağda həlak olmuş döyüşçü cəsədlərinin dəyişdirilməsi davam edəcək

09.04.2016 11:04     Siyasi reaksiya     1134

Qarabağda həlak olmuş döyüşçü cəsədlərinin dəyişdirilməsi 1-2 gün ərzində davam edəcək.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu qondarma “DQR”in başçısının mətbuat katibi David Babayan deyib.

“Bu gün də davam edəcək, tam bitənə kimi hələ 1-2 gün də davam edəcək”, - Babayan bildirib.

“Bu səbəbdən, xüsusilə cəsədlərin dəyişdirilməsinin həyata keçirildiyi məntəqələrdə atəşin dayandırılmasına ciddi riayət olunur. Bir çox cəsədlər bilavasitə cəbhə xəttində qalıb. Bəzən isə neytral ərazidədirlər. Buna görə də, əlavə təhlükəsizlik tədbirləri görülməlidir ki, müvafiq qurumların nümayəndələri onları aşkar edib götürə bilsinlər”, - mənbə bildirib.

Erməni tərəfindən cəbhə xəttində aşlar edilmiş və götürülmüş cəsədlərin sayı açıqlanmayıb.

Şərhlər

Çox oxunanlar