Qırmızı Xaç Komitəsindən yeni - MƏLUMAT
09.04.2016 11:57 Siyasi reaksiya 1301
Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri ilə dialoqları davam etdirir.
Bu haqda Modern.az saytına Komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
İ.Hüseynova qeyd edib ki, əməliyyatın məqsədi tərəflərə döyüş meydanında qalmış meyitlərin götürülməsinə şərait yaratmaqdan ibarətdir.
Qurum rəsmisi dünən keçirilmiş əməliyyat barədə bunları deyib:
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin neytral vasitəçiliyi ilə tərəflər münaqişə ərazisində qalmış meyitlərin tapılması və yığılması ilə bağlı əməliyyat keçiriblər.
Komitə hazırda tərəflərlə taleyi hələ aydınlaşdırılmamış adamların taleyinin müəyyən olunması ilə bağlı dialoq aparır”.
Şərhlər