Millət vəkili: “Əli Kərimli öz mövqeyi ilə reallıqlardan uzaq olduğunu ortaya qoyur”

11.04.2016 14:06     Siyasi reaksiya     1068

Müharibə dəhşətdir, fəlakətdir, insan itkisidir, yurdların dağılması, iqtisadiyyatın məhvidir.

Bunu Gün.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev dilə gətirib.
 
O, deyib ki, müharibə həm də siyasətdir, düşünülmüş gedişlərdir.
 
Millət vəkilinin sözlərinə görə, ağıllı adamlar, siyasətdən düzgün nəticə çıxaranlar heç vaxt müharibə arzulamazlar,  onlar müharibəni reallıqlarla əlaqələndirməyi bacarar, nəticə barədə düşünərlər.
 
T.Rzayev bildirib ki,  Azərbaycan ordusunun aprelin 2-5-i günlərində düşmənə ağır zərbələr vurub cəbhədə dönüş yaratması xalqımızı ürəkdən sevindirsə də, ancaq müəyyən itkilərimiz qəlbimizi ağrıdır:
 
“Azərbaycan ordusu öz gücünü düşmənə göstərdi və onu susdurdu. Xalqımız bunu alqışladı və minlərlə insan orduya dəstəyini ifadə etdi. Bir çox dünya ölkələri də səsimizə səs verdi.
 
Ancaq bununla bərabər hər bir kəs müharibənin dinc yolla həll edilməsinin vacibliyini dilə gətirdi. Sözsüz ki, münaqişənin sakit, ölümsüz, qansız başa çatması daha düzgün yoldur və Azərbaycan Prezidenti cənab ilham Əliyev, eləcə də, bütün xalq torpaqlarımızın müharibəsiz, danışıqlar yolu ilə geri qaytarılmasının tərəfdarıdır. 
 
Müharibə isə son addımdır”. 
 
Millət vəkilinin dediyinə görə, lakin təəssüflər olsun ki, radikal müxalifət düşərgəsi, Əli Kərimli kimi uzağı görməyən siyasətçilər belə düşünmürlər:
 
“Əli Kərimli ordumuzun uğurlu qələbələrini heçə endirərək, peşəkar ordu yaratmaq təklifi ilə çıxış edir. Məgər Azərbaycan ordusu peşəkar deyil? 
 
Digər tərəfdən müharibənin davam etdirilməsinin tərəfdarıdır. Bu mövqeyi ilə o reallıqlardan uzaq olduğunu, nəticəni dərk etmədiyini ortaya qoyur. 
 
Hakimiyyətdə olduqları illərdə qurban verdikləri minlərlə insanın faciəsindən düzgün nəticə çıxarmadığını bir daha göstərir. 
 
Cox təəssüflər olsun ki,  Əli Kərimli bu gün özünü 90-cı illərin qəhrəmanı, əlinə silha alıb Qarabağda döyüşən bir döyüşçü kimi təqdim edir. 
 
Bu, əsl vətəndaş mövqeyi deyil, heç vətən yolunda qan tökənlər özlərini bu qədər tərifləmirlər. 
 
Nə etmək olar, bu Əli Kərimli düşüncəsidir, ancaq sağlam düşüncə deyil”.

Şərhlər

Çox oxunanlar