Elmar Məmmədyarov Hüsnan Bəy Fananini qəbul edib
11.04.2016 16:54 Siyasi reaksiya 927
Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fananini qəbul edib.
Reaksiya.info xəbər verir ki, bu barədə Oxu.Az-a Nazirliyin mətbuat xidmətində məlumat verilib.
Görüşdə səfir Hüsnan Bəy Fanani etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Azərbaycan və İndoneziya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.
Səfir Hüsnan Bəy Fanani diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov səfir Hüsnan Bəy Fananiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Şərhlər