Silahlı Qüvvələrin əsgərləri Əfqanıstana yola salındı - FOTO
12.04.2016 13:47 Siyasi reaksiya 1086
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Reaksiya.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Silahlı Qüvvələrin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Şərhlər