QAT siyasətçiləri bir araya gətirəcək

12.04.2016 17:02     Siyasi reaksiya     933

Qarabağ Azadlıq Təşkilatı cəbhədəki son hadisələrlə bağlı dəyirmi masanın keçirilməsi, geniş müzakirələrin aparılması ilə bağlı qərar qəbul edib.

Bu barədə Teleqraf.com-a QAT-dan məlumat verilib. Dəyirmi masaya ölkənin bütün ictimai-siyasi qurum təmsilçilərinin, ekspertlərin dəvət olunması nəzərdə tutulur.

QAT sədri Akif Nağı deyib: “Cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə müzakirələrin keçirilməsinə, baş vermiş hadisələrin dəyərləndirilməsi, hadisələrin sonrakı inkişafına dair fikir mübadiləsi aparılmasına ehtiyac var. Ümid edirik ki, dəvət olunanlar iştirak edəcək, Azərbaycan üçün taleyüklü məsələnin müzakirəsindən, Qarabağa dair mühüm qərarların qəbulundan kənarda qalmayacaq, ümumi mövqenin formalaşdırılmasına öz töhfələrini verəcəklər”.

 

Şərhlər

Çox oxunanlar