Qarabağa qanunsuz səfərlə bağlı - AÇIQLAMA
13.04.2016 11:46 Siyasi reaksiya 996
“Yunanıstan səfirliyi, dünyanın istənilən yerində Parlament üzvlərinin instutisional baxımdan sərbəst hərəkət etmək üstünlüyünə malik olduqlarını və hər hansı bir təlimata tabe olmadıqlarını bildirmək istərdi”
Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyindən Yunanıstan Parlamentinin üzvü Qarifalia Kanellinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı verilən məlumatda bildirilir.
Qeyd olunur ki, Yunanıstan Parlamentinin bir üzvünün Dağlıq Qarabağa edilən səfəri heç bir halda, Yunanıstan hökümətinin münaqişənin Beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəf olan və dəyişməyən rəsmi mövqeyini əks etdirmir.
Məlumatda deyilir ki, Yunanıstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatmış, hər iki tərəfdən belə hərəkətlərlə təhlükə altına salına bilməz.
Şərhlər