Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə dəstək petisiyası 100 mindən çox imza toplayıb

13.04.2016 12:47     Siyasi reaksiya     1044

Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə dəstək petisiyası 100 mindən çox imza toplayıb.

Petisiyada ABŞ Administrasiyasına AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırış edilir.

Hazırda petisiyaya 100 400 nəfər səs verib.

Ağ Evin saytında petisiyanın yaradılmasının təşəbbüskarı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır (AVCİYA).

 

(Trend.az)

Şərhlər

Çox oxunanlar