“Ermənilərin cəsədləri niyə İrəvana aparılır?” - Özünüifşa
13.04.2016 17:49 Siyasi reaksiya 1359
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan təmas xəttində gedən 4 günlük müharibə zamanı düşmən çox sayda itkilər verərək geri çəkilməyə məcbur edilib. Bu toqquşmalar zamanı diqqət çəkən məqamlardan biri də Dağlıq Qarabağda ölən erməni əsgərlərinin əksəriyyətinin nəşinin İrəvana aparılması olub.
Bəs görəsən özgə torpaqlarında, qondarma rejim uğrunda vuruşan əsgərlər arasında niyə görə Dağlıq Qarabağda yaşayan ermənilər gözə dəymir?
Bununla bağlı AzNews.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Dağlıq Qarabağda döyüşən erməni hərbçilərinin böyük bir qismi orada yaşamayanlardır.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın rəsmi sənədləri də bu faktı sübut edir:“Ermənistanın rəsmi dövlət informasiya vasitələrində ölən şəxslərin doğum yerinə və dəfn mərasimlərinə nəzər saldıqda görürük ki, Qarabağda ölənlərin 99 faizinin tabutu İrəvana gedir”.
Ermənistanın Dağlıq Qabağda vuruşan ermənilərin döyüş ruhundan qürurla bəhs etməsini xatırladan millət vəkili, elə onların özlərinin yaydığı məlumatlarla bunun əksini sübut etdiyini deyib: “Bəs axı bunlar Arsaxın ordusundan, onun müdafiə qabiliyyətindən, Tiqranın ruhunun bunlar üzərində həmişə qoruyucu bir qüvvə olmasından, Qarabağda hər kəsin torpaq və vətən uğrunda mübarizəyə canını-qanını qurban verəcəyindən danışırlar. Necə olur ki, ölənlərin hamısının cəsədi Ermənistana gedir? Bu, orada vuruşanların əksəriyyətinin məhz elə Ermənistandan çağırışa gələnlər olduğuna subut deyil ki? Özləri öz dedikləri yalanı ifşa edirlər”.
Şərhlər