Yatsenyuk istefaya göndərildi - Ukrayna yeni baş nazirini seçdi

14.04.2016 12:58     Siyasi reaksiya     1090

Ukrayna baş naziri Arseni Yatsenyuk istefasının qəbul edilməsi xahişi ilə Ali Radaya müraciət edib.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Yatsenyuk çıxışında rəqiblərinə və düşmənlərinə təşəkkür edib: “Mən düşmənlərimə və rəqiblərimə məni güclü etdikləri üçün təşəkkür etmək istəyirəm. Biz birlikdə ölkəmiz və xalqımız üçün çox şeylər emişik, lakin irəli addımlamalıyıq. Xahiş edirəm mənim istefamı qəbul edəsiniz, qarşıda isə bizi böyük işlər və nailiyyətlər gözləyir”.

Daha sonra Yatsenyuk zalı alqışlar və “Afərin” sədaları altında tərk edib.

Prezident Poroşenko isə öz növbəsində siyasi böhranın “avropasayağı” həllinə görə Yatsenyuka minnətdarlığını bildirib.

***

Qeyd edək ki, baş nazir Yatsenyukun  istefası qəbul edilidi və səsvermənin nəticələrinə görə, bundan sonra Qroysman Nazirlər Kabinetinə rəhbərlik edəcək. 

Yatsenyuk istefaya göndərildi -  Ukrayna yeni baş nazirini seçdi

 

Şərhlər

Çox oxunanlar