Putin canlı yayımda Qarabağdan danışdı - “Həllinə yaxın idilər...”

14.04.2016 16:49     Siyasi reaksiya     1012

Rusiya prezidenti Vladimir Putin canlı yayımda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı sualı cavablandırıb.
 
Reaksiya.info “Qafqazinfo”-ya istinadən xəbər verir, Putin Qarabağda böhranın həlli üçün Rusiyanın hər şeyi etdiyini vurğulayıb:
 
“Bu çox həssas mövzudur. Biz buna ehtiyatlı yanaşmalıyıq, zərər vermədən. Bu, köhnə, necə deyərlər dondurulmuş münaqişədir. Təəssüf ki, son günlər zorakılıq baş qaldırdı. Rusiya münaqişənin nizama salınması üçün hər şeyi edəcək. Əlbəttə uzunmüddətli həll yolu tapılmalıdır. İstisnasız olaraq, Qarabağın həlli siyasi yollarla, hər iki tərəfdən qarşılıqlı güzəştlərlə əldə edilməlidir. Tərəflər bir neçə il əvvəl münaqişənin həllinə yaxın idilər, lakin alınmadı”.

Şərhlər

Çox oxunanlar