Prezidentin mətbuat katibi: “Cəmiloğlu və Çubarovla görüş olmayıb”

14.04.2016 18:22     Siyasi reaksiya     942

Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü ölması barədə məlumat yayıb.

Bu məlumata münasibət bildirən Azərbaycanın Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: "Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz".

*   *   *17:00

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda Krım tatarlarının lideri Mustafa Cemilev-Krımoğlu ilə görüşüb.

Bu görüşdən fotoşəkli öz bloqunda Krım-tatar Xalqı Məclisinin sədri Refat Çubarov paylaşıb.

Şəkildən göründüyü kimi, İlham Əliyev Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə Mustafa Cemilev-Krımoğlu və Refat Çubarovla söhbət edirlər.

Şərhlər

Çox oxunanlar