Dağlıq Qarabağa qanunsuz səfər etmiş deputat: Latviyanın Qarabağa dair rəsmi mövqeyini dəstəkləyirəm

15.04.2016 10:40     Siyasi reaksiya     896

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etmiş latviyalı deputat Sergey Potapkin bu səfərin Latviya Seyminin təşəbbüsü ilə olmadığını açıqlayıb.

Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, Potapkin ona dəvətin Ermənistan parlamentinin vitse-spikeri tərəfindən gəldiyini deyib.
 
İrəvanda səfərdə olarkən isə “müşahidəçi statusu” ilə Dağlıq Qarabağa səfər etmək təklif olunub. O da baş verənləri görmək üçün razılaşıb.
 
Potapkin Latviyanın Dağlıq Qarabağa dair rəsmi mövqeyini dəstəklədiyini vurğulayıb.
 
Qeyd edək ki, o, Latviya parlamentində Ermənistanla dostluq qrupuna rəhbərlik edir.
 
Azərbaycan XİN işğal olunan ərazilərə qanunsuz səfəri qərəzli və təhrikçi yanaşma kimi qiymətləndirib.

Şərhlər

Çox oxunanlar