İŞİD Vatikanı partlada bilər - Türkiyədən xəbərdarlıq
15.04.2016 11:18 Siyasi reaksiya 1048
Türkiyə kəşfiyyatı İŞİD tərəfindən Vatikanda terror hadisəsi törədilməsi ehtimalı barədə xəbərdarlıq edib.
Reaksiya.info-nun AzVision.az-a istinadən məlumatına görə, Türkiyə kəşfiyyatı əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, “İslam Dövləti” terror qruplaşmasının yaraqlıları katolik dünyasının ruhani mərkəzi olan Vatikanda müxtəlif vaxtlarda terror aktı törətməyi planlaşdırır. Artıq bununla bağlı Vatikana məlumat verilib.
Eyni zamanda İŞİD terror qruplaşmasının yaraqlıları Almaniyada da terror törətməyi planlaşdırır.
Qeyd edək ki, İŞİD 2016-cı ilin yayında Olimpiya Oyunlarının baş tutacağı Braziliyada terror aktı törədəyini bildirmişdi.
Şərhlər