“Fəthullah Gülənlə bağlılığım yoxdur” - Fuad Abbasov

15.04.2016 16:16     Siyasi reaksiya     1238

Moskvada yaşayan azərbaycanlı jurnalist, bir neçə gün öncəyədək Türkiyənin “İhlas” Xəbər Agentliyinin xüsusi müxbiri olaraq çalışmış Fuad Abbasov işdən azad edilməsində Türkiyəni günahlandırmamağa çağırıb.  

Reaksiya.info-nun Teleqraf.com-a istinadən məlumatına görə, jurnalist Feysbuk profilində yazıb: “Lütfən “İhlas” Xəbər Agentliyi ilə əlaqələrimin sonlandırılmasında kimsə ikinci vətənim, canım Türkiyəmi günahlandırmasın. Türk insanı və əsasən də Türkiyə cəmiyyəti mənim son aylarda Rusiya mediasında etdiyim mücadiləni yaxşı bilir və dəstəkləyirdi. Bundan dolayı Türkiyə xalqına təşəkkürümü bildirirəm”.


F.Abbasov daha sonra yazıb: “Heç kimi günahlandırmaq istəmirəm. Sadəcə bir insanı yaxından tanımağınızı istəyirəm. Onun adı Tomas Bonifielddir. ABŞ kökənlidir. 2008-ci ildən indiyədək “İhlas” Xəbər Agentliyinin baş direktorudur. Bir vaxtlar “TGRT HaberTV”də baş direktor olub. Az öncəyədək çalışdığım qurumun baş direktorunun bioqrafiyasından bəzi detalları sizlərlə paylaşmaq istəyirəm”.


Jurnalist daha sonra yazıb ki, T.Bonifield 1985-1990-cı illər Arizona Dövlət Üniversitetinin  jurnalistika fakültəsində, 1989-cu il Jdanov adına Leninqrad Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsində və Middlebury Kollecində rus dili ixtisası üzrə təhsil alıb: “2000-2006-cı illərdə “NBC NEWS”un Moskva Bürosunun şefi olub. Bu zaman o, “NBC NEWS”da bütün Rusiya və keçmiş Sovet İttifaqı ölkələri üzrə gedən xəbərləri kurasiya edib. 2006-2008-ci illərdə ABŞ-ın NBC (National Broadcasting Company) şirkətinin xarici xəbərlər şöbəsinin müdiri olub. 2008-ci ilin avqust ayından etibarən Türkiyənin mərkəzi İstanbulda yerləşən “İhlas” Xəbər Agentliyinin baş direktorudur”.


Qeyd edək ki, F.Abbasov ilk gündən işdən çıxarılması qərarının Moskvadan gələn tələb qarşılığında olduğunu bildirib. İndi isə jurnalist dolayısıyla sübut edib ki, agentliyin baş direktorunun əvvəllər Rusiya ilə bağlılığının olması onun işdən çıxarılmasında müstəsna rol oynayıb. Yəni, Rusiyadakı köhnə dostları T.Bonifieldlə əlaqə yaradaraq ondan F.Abbasovu işdən azad etməyi xahiş ediblər. Görünən odur ki, baş direktor dostlarının sözünü yerə salmayıb.


F.Abbasov həmçinin, “İhlas” Xəbər Agentliyinin Fətulah Gülən camaatı ilə əlaqələrinin olmasını da inkar edib. F.Abbasov bir şərhdə “İHA-nın “feto”yla (Fəthullah Gülən nəzərdə tutulub - red) ilişkisi yoxdur” yazıb.

 

Şərhlər

Çox oxunanlar