Ərdoğan ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib

15.04.2016 17:00     Siyasi reaksiya     898

"Azərbaycanlı qardaşlarımızı təxminən 25 ildir, Ermənistan işğalı altında olan torpaqlarının azad edilməsi uğrunda mübarizələrində dəstəkləyirik".

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısının yekunlarına dair mətbuat konfransında deyib.

O, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib.

“Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı lazımı hüquqi sənədlər var. Problemin həlli üçün daha çox səy göstərilməsi lazımdır. Mən həmsədrlərin bu prosesi yekunlaşdırmamasını anlamıram. Bunun üçün ciddi addımlar atılmalıdır”, - deyə Ərdoğan qeyd edib.

Şərhlər

Çox oxunanlar