İqor Muradyan: “Ermənistan döyüş meydanında uduzdu və gülünc kuklaya döndü”

18.04.2016 10:40     Siyasi reaksiya     1029

“Dörd günlük müharibə Ermənistana alçaldıcı hərbi məğlubiyyət gətirdi”.

Reakiya.info Virtualaz.org-a istinadən bildirir ki, bunu tanınmış erməni analitiki İqor Muradyan özünün Lragir.am saytındakı daimi guşəsində yazıb.

“Bir müddət əvvəl Vladimir Putinin müşaviri mənə demişdi ki, Qarabağın ABŞ tərəfindən cüzi də olsa tanınması ermənilər üçün fəlakətlə nəticələnəcək. Görünür, Ermənistan hakimiyyəti bu məntiqlə yaşamaqda davam edir.

Ermənistan hakimiyyəti zəif və qorxaqdır, xarici siyasət yürütmək iqtidarında deyil. Müxtəlif rus generalları tez-tez Yerevana gəlir və öz ölkələrinin mövqeyini möhkəmləndirirlər”, -deyə İ.Muradyan yazır.

Politoloq əmindir ki, Rusiya Ermənistanı alçaldıcı məğlubiyyətə uğradıb və onu itaətkar boyunduruğuna salaraq elə bir vəziyyətə salıb ki, harada göstərsə, orada dursun: “Nə təklif olunur? Növbəti yalan. Ruslar ermənilərə, yazərbaycanlılara silah satmalarını arqumentləşdirmək üçün, yenə silah təklif edirlər.

Ermənilər bu məsələni beynəlxalq səviyyədə qaldırmadılar, yaddan çıxardılar.

Ermənilər təkcə döyüş meydanında uduzmadılar, onlar daha böyük miqyasda uduzdular və gülünc kukla vəziyyətinə düşdülər”.

Şərhlər

Çox oxunanlar