AXCP sədrinin müavini istefa verdi - STATUS

08.07.2015 16:10     Siyasi reaksiya     1961

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı AXCP-dən istefa verib. Onun yazdığı son statusda deyilir:

"Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın".

Onun "Facebook" dostları profilin oğurlandığını güman etsələr də, Ə.Qurbanlı sonradan bunu özünün yazdığını deyib, Reaksiya.Az-ın əlaqə saxladığı AXCP üzvləri də məlumatı təsdiq ediblər.

Qeyd edək ki, artıq bu, Əli Kərimlini qəfil şəkildə tərk edən üçüncü müavindir. Bundan əvvəl Fuad Mustafayev, daha sonra isə Asəf Quliyev bu addımı atmışdı. Böhran keçirən təşkilat Əli Kərimlinin başqa bir müavinini -  Razi Nurullayevi tutduğu vəzifəsindən azad etmişdi. 

 

Şərhlər

Çox oxunanlar