Azərbaycanlı deputatlar seçkilərə görə Parisə gedir
02.06.2015 17:10 Siyasi reaksiya 851
İyunun 4-dən 5-dək Parisdə “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda parlament konfransı keçiriləcək.
Konfransda Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlardan Azay Quliyev, Asim Mollazadə və Sahibə Qafarova daxildir.
Avropa Şurası Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək bu konfransda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Konfransda Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.
Şərhlər